Bu tarixdə Günəş tutulması baş verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır.
Bu barədə BAKU.WS-ə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq.
Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...