Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək

Sabah fevral ayı üzrə pensiyaların ödənişinə başlanılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
Bildirilib ki, həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.
Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.
Oxşar xəbərlər
Rus Mədəniyyət Mərkəzi qanuna əməl etmir?
Rus Mədəniyyət Mərkəzi qanun pozuntusuna yol verib. Bu barədə Baku TV-nin mərkəzin binası qarşısından çəkilişi zamanı məlumat verilib. Qeyd edilib ki, Azərbayca...
