Bu şəxslərə ŞAD XƏBƏR: Sentyabrın 1-dən maaşları ARTACAQ - VİDEO

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən bu ilin sentyabrın 1-dən müəllim, direktor və müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr ediləcək.
BAKU.WS xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov əlavələrin məbləği ilə bağlı "Xəzər Xəbər"ə bildirib ki, Nazirlər Kabineti qaydaları təsdiq etdikdən sonra detallar daha geniş şəkildə ictimaiyyətə çatdırılacaq.
Qeyd edək ki, müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi sertifikatlaşmanın nəticəsinə görə təyin olunacaq.

Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...