Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək - Dəqiq tarix açıqlandı
9 -24 noyabr tarixlərində COP29 tədbiri ilə bağlı akkreditasiyadan keçmiş bütün şəxslər dəmiryol nəqliyyatından pulsuz istifadə edə biləcək.
BAKU.WS xəbər verir ki, bununla bağlı Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında COP29 iştirakçıları üçün xüsusi keçid zolağı -Fast Track yaradılıb, iştirakçılara dəstək göstərmək üçün könüllülər işə cəlb olunub.
Fast Track-sürətli keçid zolağından istifadə üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq: "Bura Abşeron Dairəvi marşrutu üzrə sürətli qatarlardan istifadə daxildir".
Eyni zamanda, noyabrdın 9-dan avtobuslardan və metrodan istifadə də COP29 tədbirində iştirak hüququ olan şəxslər üçün pulsuz olacaq.
Oxşar xəbərlər
İftar vaxtı - 18 mart 2026: Ramazanın 28-ci günü
Ramazan ayının iyirmi yeddinci günündə - 18 mart 2026-cı ildə Azərbaycanda oruc tutanları gözləyən imsak və iftar saatları məlum olub.Ramazanın 28-ci günü üçün...