Bu şəhərlərdə qaz olmayacaq
Bu gün Bakının Xətai rayonu və Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu, M.Hadi küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə yanvarın 23-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə M.Hadi, Sarayevo, Q.Nəbi, kənd Əhmədli qəsəbəsi, Şirvani, A.Ələsgər, R.Quliyev Babək küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin "Ağdaş" qazpaylayıcı stansiyasında (QPS) yeni qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə "Ağdaş" ölçü qovşağından bu gün saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Ağdaş şəhərinin bir hissəsinin, 1 qəsəbə və 22 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək ə...