Bu şəhərdə 1000 min nəfərin QAZI KƏSİLƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Sumqayıt şəhərində 1 000 abonentin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib.
Məlumata görə, Sumqayıt şəhəri Ceyranbatan BTZ bağları ərazisində yerləşən diametri 89 mm olan qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq, bu gün saat 13:00-dan etibarən qeyd olunan ərazidə 1 000 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.
Təmir işləri başa çatdırıldıqdan sonra qazın verilməsi mərhələli şəkildə bərpa olunacaq.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...