Bu sahədə işləyənlər daha çox maaş alır - 4 min 315 manat
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, bu ilin ilk 4 ayında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 913,9 manat təşkil edib.
BAKU.WS “yeniavaz.com”a istinadən bildirir ki, əmək haqqı neft-qaz sektorunda 3 min 714,9 manat, qeyri-neft sektorunda 860 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 861,7 manat, özəl müəssisələrdə isə 972,1 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeyri-dövlət sektorunda qeydə alınıb - ayda 4 min 314,6 manat, ən aşağı əmək haqqı isə qeyri-dövlət sektorunda sosial təmin sahəsində qeydə alınıb - ayda 446,9 manat.
Bunlardan başqa təhsil sahəsində orta aylıq nominal əmək haqqı 693,2 manat, tikintidə 1 028,6 manat, maliyyə və sığorta sahəsində 2 485,3 manat, ticarət sektorunda 614,1 manat, informasiya və rabitə sahəsində 1 519,5 manat olub.
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...