"Bu, rəsmi qaydada təsdiqlənib" - ADY-dən iddialara cavab

Bu, rəsmi qaydada təsdiqlənib - ADY-dən iddialara cavab
Sosial 140

Gəncədən qatarla Bakıya gəlmək istəyən bir ailənin nəqliyyat vasitəsindən endirilməsi ilə bağlı iddialar yayılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Gününsəsi.info məlumat yayıb.

Bildirilir ki, Bakıdan Gəncəyə istirahətə gedən ailə paytaxta qayıdan zaman uşaqlardan birinin şəxsiyyət vəsiqəsinin müddətinin bitməsinə görə qatardan endirilib.

Məsələ ilə əlaqədar «Azərbaycan Dəmir Yolları» QSC ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: «Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük baqajının daşınması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 iyul tarixli 352 nömrəli Qərarı ilə təsdiq edilib.

Qaydalara əsasən, rayonlararası (şəhərlərarası) sərnişin qatarlarına gediş sənədi (bilet) şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasport, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd, 15 yaşınadək uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi), gedişhaqqını ödəməyən və ya güzəştli şərtlərlə ödəyən şəxslərə isə əlavə olaraq bu hüququ verən müvafiq sənədin məlumatları əsasında rəsmiləşdirilir.

Şəhərətrafı qatarlarda isə sərnişinlərdən şəxsiyyəti təsdiq edən hər hansı sənəd tələb edilmir.

Həmçinin Azərbaycan Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, sərnişinlərə «My.gov.az» portalında qeydiyyatdan keçərək elektron şəxsiyyət vəsiqəsindən istifadə imkanı da yaradılıb. Portaldakı vəsiqə şəxsiyyət vəsiqəsinin əslinə bərabərdir».

Qurumdan, həmçinin bildirilib ki, portalda qeydiyyatdan keçən hər bir vətəndaş qatara daxil olan zaman şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmaq üçün təqdim edə bilər.

Oxşar xəbərlər

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Ramana qəsəbəsindəki körpüdə TƏHLÜKƏLİ VƏZİYYƏT

Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən körpü qəzalı vəziyyətə düşüb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Kadrlarda kör...

110 Sosial 17:58 19 sentyabr 2024

Son xəbərlər