Bu rayonlarda qaz kəsildi
Yeniliklərdən dərhal xəbərdar olun
"Qaz İxrac” İdarəsinin Ağdaş və Qazax Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
BAKU.WS SOCAR-ın saytına istinadən xəbər verir ki, noyabrın 16-da saat 10:00-dan 17:00-dək "Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Şəmsəbad”, Qazax Magistral qaz kəmərləri sahəsinin "Ağstafa”, "Köçəsgər” və "Tovuz” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağdaş rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Sabah bu rayonlarda qaz olmayacaq
Sentyabrın 30-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Novxanı”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Y...