Bu rayonlarda gündəlik evlər bahalaşıb - QİYMƏTLƏR

Bu rayonlarda gündəlik evlər bahalaşıb - QİYMƏTLƏR
Video
Sosial 2378

Bayram tətili ilə əlaqədar bölgələrdə günlük kirayə evlərə tələbat artıb.

BAKU.WS xəbər verir ki, Zaqatalada günlük kirayə ev bazarında canlanma müşahidə olunur. Turizm kəndi hesab olunan Carda hazırda boş ev tapmaq mümkün deyil. Qiymətlərə gəldikdə isə şəraitindən və adam sayından asılı olaraq günlük 30 manatdan 100 manata qədər dəyişir.

Lakin rayon mərkəzi və mərkəzə yaxın kəndlərdə durğunluq yaşanır. Burada da günlük kirayə qiymətləri 50-100 manat arasındadır.

Şəkiyə gələn qonaqlar da fərdi evlərdə qalmağa daha çox maraq göstərirlər. Dağətəyi ərazilərdən olan Kiş kəndində, şəhərin Dodu məhəlləsində və Yuxar Baş Qoruğu ərazisində evlərə tələbat çoxdur. Hazırda həmin evlərin kirayə qiymətləri 30-40 faizə qədər artıb. Adi halda günü 60-70 manata olan evlər indi 100, bəzi yerlərdə hətta 120 manata kirayə verilir.

Lənkəranda günlük kirayə evlərə tələbatın artması qiymətlərə təsir edib. Ötən günlük 60-70 manata kirayə verilən evlər indi 100-120 manata təklif edilir. Rieltorlar xüsusilə dağətəyi ərazilərdəki həyət evlərinə tələbatın daha çox olduğunu deyirlər.

Bu evlərdə də qiymətə ən çox təsir edən amil onun şəraiti və yerləşdiyi ərazidir.

Ətraflı Xəzər TV-nin süjetində:

Oxşar xəbərlər

Uşaqlar niyə şəkərə tutulur?

Uşaqlar niyə şəkərə tutulur?

Həkimlər izah edir: "Çəkisi artıq olan hər uşaqda diabet olacaq demək yanlışdır" Son vaxtlar statistik göstəricilərinin dünyada ciddi narahatlıq doğurduğu xəstə...

0 Sosial 09:23 07 dekabr 2024

Son xəbərlər