Bu rayonda obyektə xarici dildə ad qoymaq qadağan edildi
03
okt
2016
09:32
Bərdədə obyektlərdəki xarici adlar və xarici dildə olan reklam afişaları yığışdırılıb.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən komissiya təşkil edilib. Komisiya tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır, xarici dildə yazılan reklamların və afişaların adları dəyişdirilir. Sahibkarlara aparılan maarifləndirici söhbətlərdən sonra obyektlərin qarşısında asılan reklam lövhələrinin adları dəyişdirilərək milli adlar qoyulub.
Hazırda rayonda 1 dənə də olsun xarici adda dükan və ya başqa obyekt qalmayıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 6 nəfərə Rihanna adı qoyulub
Azərbaycanda doğulan körpələrə əcnəbi ad qoyanların sayı artır. Report-un Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, əcnəbi adlar daha çox qız uşaqlarına...