Azərbaycanda 6 nəfərə Rihanna adı qoyulub
Azərbaycanda doğulan körpələrə əcnəbi ad qoyanların sayı artır.
Report-un Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, əcnəbi adlar daha çox qız uşaqlarına verilir.
Beləliklə, son beş ildə 157 qız uşağına Diana adı verilib, 55 körpəyə Sabrina, 34-nə Selena, 22-nə Sveta adı qoyulub.
Bunda başqa, son beş ildə qoyulan əcnəbi adlar arasında İzel (8), Karolina (5), İzabel (3) İzabella (14), Lidiya (2), Lusiya (1), Liza (13), Rihanna (6), Luiza (8), Culiya (2), Selenay (2) Serenay (3), Janna (1), Tina (1), Aleksa (1), Kameliya (4), Marqarita (3) kimi adlar da yer alıb.
Oğlan uşaqlarına qoyulan əcnəbi adlar arasında Raul adı üstünlük təşkil edir. Belə ki, son beş ildə 1910, bu il isə 331 körpəyə bu ad verilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda İlahələrin sayı azalır
Azərbaycanda bu ilin 8 ayı ərzində yeni doğulan uşaqlara qoyulan adlar arasında populyarlıq qazanmayan adların siyahısı açıqlanıb. Ədliyyə Nazirliyindən verilə...