Bu rayon üçün yeni tullantı yeşikləri ALINACAQ
Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı ərazidə tullantıların idarə edilməsini yaxşılaşdırmaq məqsədilə yeni tullantı yeşiklərinin satın alınması ilə bağlı müsabiqə elan edib.
BAKU.WS-in məlumatına görə, satın alınacaq tullantı yeşikləri 1,1 kubmetr tutuma malik olacaq.
Hər biri 4 mm qalınlığında polad təbəqədən hazırlanacaq, paslanmaya və çürüməyə qarşı davamlı olacaq.
Bu təşəbbüs Gədəbəy rayonunda təmizlik və ekoloji dayanıqlığın artırılmasına, həmçinin bərk məişət tullantılarının daha səmərəli idarə olunmasına xidmət edəcək. Yeni tullantı yeşiklərinin alınması nəticəsində Küçələrin və yaşayış massivlərinin təmizliyi yaxşılaşacaq.
Oxşar xəbərlər
Taksi sürücüləri üçün növbəti imtahan keçirildi - 1345 nəfər uğur qazandı
Dövlət İmtahan Mərkəzi tərəfindən 13 noyabr 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı və Gəncə şəhərlərində növbət...