Bu qida məhsullarının ixracı sabahdan dayanır
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə Ramazan ərəfəsində toyuq ətinin qiymətlərinin təxminən 15 faiz bahalaşmasından sonra hökumət ixracla bağlı məhdudiyyət tətbiq edib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, ölkənin Ticarət Nazirliyi sabahdan etibarən toyuq məhsullarının xaricə satışının dayandırılacağını açıqlayıb.
Qurumun məlumatına görə, bu addım daxili bazarda təklifin artırılması və qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
Nazirlik həmçinin bazardakı vəziyyətin diqqətlə izlənəcəyini, zərurət yarandığı halda əlavə tədbirlərin görüləcəyini bildirib.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...