Bu qida demans riskini azaldır
Alimlər müəyyən ediblər ki, bəzi hallarda qidalanma tərzi Alzheimer xəstəliyinin inkişaf riskinə təsir göstərə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqat Karolinska İnstitutu alimləri tərəfindən aparılıb.
Araşdırma 15 il ərzində 2 mindən çox insanın məlumatları əsasında həyata keçirilib. Nəticələrə görə, APOE4 gen variantını daşıyan şəxslərdə az miqdarda ət istehlakı Alzheimer riskinin iki dəfə artması ilə əlaqələndirilib.
Eyni zamanda, həftədə minimum 870 qram təbii və emal olunmamış ət qəbul edən şəxslərdə əlavə risk müşahidə edilməyib. Onların idrak zəifləməsi tempi bu geni daşımayan insanlarla oxşar olub.
Alimlər vurğulayıblar ki, araşdırma müşahidə xarakterlidir və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir.
Tədqiqatda həmçinin qeyd olunub ki, fayda əsasən təbii ət məhsullarından əldə edilir. Kolbasa və sosiska kimi emal olunmuş məhsullar isə bütün iştirakçılarda beyin fəaliyyətinə mənfi təsir göstərib.
Mütəxəssislərin fikrincə, APOE4 gen variantını daşıyan şəxslərin qida ehtiyacları fərqli ola bilər və bu, insanın təkamül dövründəki qidalanma xüsusiyyətləri ilə bağlıdır.
Oxşar xəbərlər
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
"Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir və yol...