Bu qəsəbədə 600 abonentin qazı kəsiləcək
07
noy
2025
12:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhəri Corat qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə "Azəriqaz" İB Sumqayıt QİS-dən bildirilib.
Qeyd olunub ki, Sumqayıt şəhəri, Corat qəsəbəsinin bir hissəsində yerləşən diametri 57 millimetr olan qaz xəttinin nəqliyyat vasitəsi tərəfindən zədələnməsi nəticəsində qaz sızmasının qarşısının alınması məqsədilə bu gün saat 13:00-dan etibarən 600 abonentin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı ərazidə təmir-bərpa işləri tamamlandıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...