Bu partiyalara maliyyə yardımı ayrılmayacaq

"Maliyyə hesabatı təqdim etmədiyi üçün Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan 14 siyasi partiyadan 8-nə dövlət tərəfindən maliyyə yardımı ayrılmayacaq".
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov bildirib.
Azər Bayramov deyib ki, qanunvericiliyə uyğun olaraq parlament seçkilərində iştirak edərək parlamentdə təmsil olunan partiyalarla yanaşı, seçkilərə qatılıb etibarlı səslər qazanmış, amma parlamentdə təmsil olunmayan partiyalara da maliyyə yardımı ayrılması nəzərdə tutulub.
"Lakin parlamentdə təmsil olunmayan 14 siyasi partiyadan 8-i maliyyə hesabatını təqdim etmədiyi üçün həmin partiyalara maliyyə vəsaiti təqdim olunması mümkün deyil, qalan 6 partiyaya isə maliyyə yardımı ayrılacaq" deyə, nazir müavini bildirib.
Qeyd edək ki, "Siyasi partiyalar haqqında" qanuna əsasən, siyasi partiyaya dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür.Xatırladaq ki, 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat, 2025-ci ildə 6 milyon vəsait ayrılıb.
Bu vəsaitin müvafiq olaraq 125 min manatı və 130 min manatı Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək.
Oxşar xəbərlər
Xocalıya köçürülən sakinlərdən artıq 200-dən çox şəxsin məşğulluğu təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı şəhərinə və Xocalı rayonunun Ballıca kəndinə köçürülən sakinlərdən...
