Bu ölkələrdə koronavirus aşkar edilməyib - SİYAHI

Bu günə qədər planetdə 19 ölkə var ki, əhalisindən bir nəfər də olsun COVID-19 infeksiyasına yoluxmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Koronavirusun bu ölkələrə gedib çatmaması sual doğursa da, həqiqətdə belə dövlətlərin olması sevindirici haldır.
Rəsmi məlumatlara görə, koronavirusa yoluxma faktı qeydə alınmayan ölkələr bunlardır:
Botsvana - 2,3 milyon nəfərBurundi - 10,9 milyonKabo Verde - 525.000Komor adaları - 814.000Kiribati - 116,300,Lesoto - 2,2 milyonMalavi - 18,6 milyonPalau - 21,7 milyonSamoa -196,440,Sao Tome və Prinsip - 204,300,Sierra Leone - 7,6 milyonSolomon Adaları - 611,300,Cənubi Sudan - 12,6 milyonTacikistan - 8,9 milyonTonqa - 108.000Türkmənistan - 5.8 milyonTuvalu - 11 192,Vanuatu - 276,250,Yəmən - 28,2 milyon.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri və ekspertlər hesab edir ki, bu siyahıdakı bəzi ölkələrdə koronavirusa yoluxma halı analizlərin verilməməsinə görə aşkarlanmayıb. Bəzi ölkələr isə bunu bilərəkdən gizlədir.
Oxşar xəbərlər
Qonşu ölkələrdə COVID-19-dan nə qədər insan ölüb? - SİYAHI
Dünya üzrə koronavirusa yoluxanların sayı durmadan artır. BAKU.WS Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinadən xəbər verir ki, bu günə qədər dünya üzrə 1...
