Bu növ qazın qiyməti 13 qəpiyə endirilib - Tarif Şurası

Məhəllə qazanxanaları üzrə təbii qaz və ictimai nəqliyyatda istifadə olunan sıxılmış təbii qazın qiyməti aşağı salınıb.
BAKU.WS-in məlumatına görə, bununla bağlı Tarif Şurası qərar qəbul edib.
Qərarda qeyd olunur ki, təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.
Oxşar xəbərlər
Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul edib
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. BAKU.WS quruma istinadən xəbər verir ki, iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq...