Bu məktəbdə nöqsan aşkarlanıb, direktora TÖHMƏT
Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən monitorinq aparılıb.
Bu barədə BAKU.WS-ə BŞTİ-dən məlumat verilib.
Bidirilib ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb. Monitorinq nəticəsində bir sıra nöqsanlar aşkar edilib.
Əmək funksiyası üzrə vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direkoru Əliyeva Afaq Asif qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tədbirinin tətbiq ediləcəyi nəzərə çatdırılıb.
Qeyd edək ki, təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
Oxşar xəbərlər
"Report" İnformasiya Agentliyi 2025-ci ildə idman sahəsini ən yaxşı işıqlandıran qurumlardan biri oldu
"Global Media Group"a daxil olan "Report" İnformasiya Agentliyinə 2025-ci ildə idman sahəsini ən yaxşı işıqlandıran qurumlardan biri oldu. BAKU.WS xəbər verir k...