Bu küçədə parklanma ləğv edildi
25
avq
2018
17:06
Paytaxtın Füzuli küçəsində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolağının üzərində təşkil edilən parklanma ləvğ edilib.Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.Onun sözlərinə görə, bununla əlaqədar yolda duracaq yerinin olduğunu bildirən nişan götürülərək dayanmaq qadağandır nişanı ilə əvəz edilib.“Şəhər yollarında nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində parklanma yerlərinin vəziyyəti ilə bağlı təhlillər aparılır. Uyğun olmayan yerlərdə təşkil edilən parklanma yerləri müəyyən edilərək ləvğ edilir. Həmçinin, zərurət olan yerdə yenilərinin təşkili istiqamətində zəruri işlər görülür”.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu yollarda svetoforların vaxt planlarında dəyişiklik edilib - FOTO
Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq yol boyu svetoforla...