Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı - Satışdan çıxarılır

AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı "Azza-Aqro" QSC-nin istehsalı olan "Fermazza" əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb.
AQTA-dan BAKU.WS-ə bildirilib ki, bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibində bitki sterinin aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.

Oxşar xəbərlər
100-dən çox taksi sürücüsü imtahandan kəsilib
Dövlət İmtahan Mərkəzi tərəfindən 30 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirilib. B...