Bu kəndlərin içməli su problemi həll olacaq - 5,6 milyonluq LAYİHƏ

Bu kəndlərin içməli su problemi həll olacaq - 5,6 milyonluq LAYİHƏ
Sosial 35

Fizuli rayonunun Pirəhmədli və Dövlətyarlı kəndlərində xarici su təchizatı və tullantı su şəbəkələrinin tikintisi ilə bağlı layihələr icra olunacaq.

BAKU.WS-in Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən əladə etdiyi məlumata görə, Pirəhmədli kəndi üzrə layihənin ehtimal olunan dəyəri 2 milyon 629 min 156 manat, Dövlətyarlı kəndi üzrə isə 3 milyon 2 min 336 manatdır.

Ümumi dəyəri 5 milyon 631 min manatdan çox olan layihələr çərçivəsində torpaq işləri, kanalizasiya xətlərinin çəkilməsi, su və tullantı su qurğularının tikintisi həyata keçiriləcək.

Bu layihələrin icrası kənd sakinlərinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatını yaxşılaşdıracaq, tullantı sularının düzgün idarə olunmasına şərait yaradacaq, ekoloji vəziyyətin və sanitariya-gigiyenik şəraitin yüksəlməsinə, eyni zamanda yaşayış mühitinin ümumi keyfiyyətinin artmasına mühüm töhfə verəcək.

Son xəbərlər