Bu kəndlərdə qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 29-da və 30-da Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında məhdudiyyət yaranacaq.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Masallı şəhəri H. Əliyev prospektində yerüstü qaz xəttinin çəkilməsi ilə əlaqədar olaraq, şəhərin bir hissəsi, Digah və Seybətin kəndləri də daxil olmaqla 3 200 abonentin qaz verilişi oktyabrın 29-da saat 10:00-dan işlər tamamlananadək dayandırılacaq.
Həmçinin, Ləngan kəndində 1 000 mm-lik beton kollektorun ləğvi və qaz xəttinin yerinin dəyişdirilməsi səbəbilə Təklə, Ləngan, Stansiya Masallı, Xoşçobanlı və Sığınacaq kəndlərində 1 800-ə yaxın abonentin qaz təchizatı oktyabrın 30-da saat 10:00-dan işlər bitənədək dayandırılacaq.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...