Bu il qeydiyyata alınan əmlakların sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 328 061 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 63 891-i (19.5%) ilkin, 264 170-i (80.5%) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 64 366, mənzil - 85 424, torpaq sahəsi - 166 494, qeyri-yaşayış binası - 2 832, qeyri-yaşayış sahəsi - 8 172, əmlak kompleksi - 667, çoxmərtəbəli yaşayış binası - 103 və çoxillik əkmələr üzərində - 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 91 917-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-noyabr ayları ərzində 235 713 texniki pasport tərtib edilib, 56 948 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...