Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda metro şəbəkəsinin genişləndirilməsi istiqamətində yeni layihələrin icrası davam etdirilir.
BAKU.WS-in məlumatına görə, paytaxtın artan nəqliyyat tələbatının qarşılanması və sərnişindaşımanın daha da yaxşılaşdırılması məqsədilə yeni metro stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur.
Bu çərçivədə stansiyaların tikintisi və istismara verilməsi ilə bağlı planlar ictimaiyyətin də marağına səbəb olub. Bəs, bu il neçə metro stansiyanın istifadəyə verilməsi nəzərdə tutulub?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, 2026-cı ildə layihə adı B04 olan stansiya istismara veriləcək:
"Dövlət Proqramının icrası dövründə digər 9 stansiyanın istismara verilməsi planlaşdırılır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...