Bu il istilik mövsümü uzadılacaq? - AÇIQLAMA
Aprelin ayının 15-də Bakıda və 9 dağ rayonunda istilik mövsümü başa çatır. Lakin havanın temperaturu hələ də aşağıdır.
Belə halda istilik mövsümü uzadıla bilər?
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, "Azəristiliktəchizat" ASC-nin PR meneceri Rüxsarə Babayeva bildirib ki, payız-qış mövsümünün başlanılması və başa çatdırılması tarixləri qanunvericiliklə tənzimləndiyini bildirib.
"Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli, 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən, respublikanın dağlıq rayonlarında 1 noyabr tarixindən, Bakı şəhəri və digər ərazilərdə isə 15 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb", - qurum rəsmisi vurğulayıb.
R. Babayeva qeyd edib ki, Bakı şəhəri və respublikanın regionlarında 2024-2025-ci illər payız-qış mövsümü müvafiq qanunvericiliyə əsasən 15 aprel tarixində başa çatacaq.
"Cəmiyyətin qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonu (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı) qanunvericiliyə əsasən mövsümün 1 may tarixinədək davam etdirilməsi nəzərdə tutulub", - deyə o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək ə...