Bu il Azərbaycanda 491 xarici kvalifikasiya tanınmayıb
Bu il Azərbaycanda 491 xarici kvalifikasiya tanınmayıb.
BAKU.WS xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, cari il ölkə ərazisində xarici kvalifikasiyanın tanınması üçün 3 480 müraciət əsasında ekspertiza həyata keçirilib:
"Nəticədə 2989 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. Eyni zamanda 491 xarici kvalifikasiyanın da ölkə ərazisində tanınması barədə mənfi rəy verilib. Mənfi rəylər ümumi rəqəmlərin 14 faizi edir. Hər halda maarifləndirmə tədbirləri nəticəsində bu rəqəmləri daha da azalda biləcəyimizi düşünürük".
Oxşar xəbərlər
Bakıda tıxacların yaranmasının 3 SƏBƏBİ
"Hər hansı intensiv küçədə güclü tıxac yarandığı zaman Dövlət Yol Polisi əməkdaşları həmin vətəndaşların rahat şəkildə o tıxacdan çıxa bilməsi üçün bunun qarşıs...