Bu iki rayonda qaz kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli Magistral Qaz Kəmərində xətti sipərdə baş vermiş nasazlıqla əlaqədar iyunun 7-də saat 14:30-dan etibarən işlər başa çatanadək "Kəndoba" və “Sığırlı” QPS-lərdən qaz təchizatı dayandırılıb. Təmir işləri aparılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Azərbaycanın 3 rayonunda qaz olmayacaq
Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin 3 gün müddətində qaz təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.W...