Bu ifadə daha bir iştirakçı üçün səsləndi: "Maşın əldən getdi" - YENİLƏNİB
02
iyn
2018
01:09
Ölkənin ən bahalı və ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürəti davam edir.BAKU.WS-in məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. Murad Dadaşov gizli səsvermənin nəticələrini açıqlamadan öncə ötən gün Roza Zəırgərli tərəfindən şoudan uzaqlaşdırılan Günel Hümbətovanın canlı yayımdan sonra onunla görüşmək istədiyini və ona müəyyən məlumatlar verdiyini bildirib. Aparıcı həmin məlumatların canlı yayım boyunca araşdıracağını və açıqlama verəcəyini bildirib.Maşın uğrunda mübarizədə növbəti gizli səsvermənin nəticələrinə gəlincə, iştirakçılar bu dəfə reper Uranı SMS səsverməsinə çıxarıblar. Uran isə hədəfini açıqlamaq üçün iştirakçıları o qədər də həyacanda saxlamayıb. O açıq oynamağın tərəfdarı olduğunu deyib və Azər Axşamı duelə çağırıb.İki saatlıq mübarizədən Uran qalib ayrılıb. 73,73 faiz tamaşaçı Azər Axşamın getməsinə səsə verib. Uran fikrini dəyişmədiyini bildirib və Azər Axşamın şoudan getməsini istəyib. Beləliklə Murad, o məşhur ifadəni Azər Axşam üçün səsələndirib: "Maşın əldən getdi".
Xatırladaq ki, maşın uğrunda aşağıdakı şəxslər mübarizə aparır:1.Cavidan Novruz (aktyor) 2.Mətanət Əliverdiyeva (aparıcı) 3.Azər Axşam (aktyor) 4.Firuzə Cəlilova (aparıcı) 5.Məcid Hüseynov (aktyor) 6.Aytən Səfərova (aparıcı) 7.Hüseyn Əzizoğlu (video blogger) 8.İlhamə Bədəlova (aparıcı) 9.Uran (reper) 10.Rahidə Baxıçova (müğənni) 11.Əli Mirəliyev (müğənni) 12.Ruhəngiz Musəvi (müğənni) 13.Fərid Emilov - Qurd (reper) 14.Pərvin Abıyeva (aktrisa) 15.Abbas Bağırov (müğənni) 16.Roza Zərgərli (müğənni)Qeyd edək ki, Ələkbər Yasamallı səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova isə Roza Zərgərli tərəfindən uzaqlaşdırılıb.BAKU.WS
Oxşar xəbərlər
Maşın onun üçün əldən getdi - VİDEO
Günel Hümbətovanın Roza Zərgərlidən açıq mübarizə aparmasını tələb etməsi mübarizədə qalmaqala səbəb oldu. Roza Zərgərli Günel Hümbətovanı ikiüzlülükdə ittiham...