Bu həftənin hava proqnozu açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva nazirliyin Qubadlı rayonuna təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit və bəzi yerlərdə yağıntılı keçsə də, aprelin 14-ü günün ikinci yarsında yağıntıların kəsilməsi gözlənilir:
"Sonrakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava əsasən yağmursuz keçəcək, zəif külək əsəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəzi günlərdə iqlim norma göstəricilərindən 7-9 dərəcə yüksəlib".
Oxşar xəbərlər
Noyabr ayının hava proqnozu açıqlanıb
Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...