Bu halda səfərə çıxmaq orucu pozmayacaq

Oruc ibadəti İslamın vacib əməllərindən biri olub, müəyyən qaydalar və istisnalarla tənzimlənir.
BAKU.WS-in məlumatına görə, səfərə çıxmaq oruc tutan şəxs üçün bu qaydalardan biri ilə bağlı sual yarada bilər.
Bu məsələ İslam dinində xüsusi hallardan biri kimi qəbul olunur və şəriət qaydalarına əsasən, müəyyən şərtlər daxilində səfərdə olan şəxslər orucu tuta bilirlər.
İlahiyyatçı Fərid Abdullah BAKU.WS-ə açıqlamasında bildirdi ki, səfərə çıxmaq İslam fiqhində orucu pozan hallardan biridir:
"Səfərdə dörd rəkətli namazları iki rəkət qılmalı olan müsafir gərək oruc tutmasın. Namazını tam qılan müsafir, işi səfər olan və ya səfəri günah səfəri olan şəxs kimi gərək səfərdə oruc tutsun.
Əgər oruc tutan zöhrdən sonra səfər etsə, gərək orucunu tamamlasın, bu halda onun qəzası lazım deyil. Əgər zöhrdən qabaq səfər etsə, həddi-tərəxxüsə yetişməzdən əvvəl orucu batil edən bir iş görməsin. Tərəxxüs həddi, şəhərin divarlarının görülmədiyi, azanın eşidilmədiyi yerə deyilir.
Əgər şəxs bir il ərzində 6 ay, yaxud iki il ərzində 3 ay bu işi davam etdirmək məqsədində olsa, həmçinin həftədə 3 gün, ay ərzində azı 10 gün səfərdə olsa, yaxud 10 dəfə səfər etsə, kəsirus-səfər (çoxlu səfər edən) hökmündədir. Amma kəsirus-səfər ünvanı həftədə bir gün səfərdə olana deyilməz. Müsafirin namaz və oruc məsələsi çox geniş olduğu üçün din xadimlərinə və fiqh kitablarına müraciət edə bilərlər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb
Bu ilin yanvar-fevral ayları ərzində ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlum...
