Bu gündən Azərbaycanda yeni qanun qüvvəyə minir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən işə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektron formada veriləcək.
BAKU.WS xəbər verir ki, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses aşağıdakılardır:
- Tibb müəssisəsinə ilkin müraciət
- Laborator analizlərin verilməsi
- Həkim qəbullarından keçmək
- Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi
- Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi
İstifadəçilər “E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az” veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.
Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.
Oxşar xəbərlər
AQTA 45 müəssisədə nöqsanlar aşkarlayıb - SİYAHI
Sentyabrın 9-da Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 44 ticarət müəssisəsi və 28...