Bu gündən Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti qalxıb
02
iyn
2021
07:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, "Aİ-95" markalı benzinin qiyməti 1.40 manat olub.
Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, "Aİ-95" markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.
Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.
Oxşar xəbərlər
SOCAR-dan benzin qiymətləri ilə bağlı AÇIQLAMA
2021-ci ilin yanvar-fevral ayları ərzində ölkəmizə 7 milyon 104,32 min dollar dəyərində 11 min 934,4 ton “Aİ-95” markalı benzin və 187,75 min dollar dəyərində 2...