Bu gün şəhid Elçin Kərimbəylinin doğum günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün şəhid Kərimbəyli Elçinin doğum günüdür. O, 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub.
BAKU.WS xəbər verir ki, o, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi" Texnki Humanitar Liseyində, 2007-2010-cu illərdə isə Nərimanov rayonunda yerləşən 3 nömrəli Bakı Peşə Liseyinidə təhsil alıb.
1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidmət zamanı bir çox döyüş tapşırıqlarını yerinə yetirib, hər zaman əsgər yoldaşları arasında fərqlənib. Xidmətində fərqləndiyinə görə baş atıcı vəzifəsinə keçirilərək, evlərinə təşəkkür məktubu göndərilib.
20 aprel 2011-ci il Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...