Bu gün saat 10:00-dan sonra bu ərazidə qaz olmayacaq

Bu gün saat 10:00-dan sonra bu ərazidə qaz olmayacaq
Sosial 3424

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri və paytaxt ətrafında aparılan quruculuq və abadlıq işləri çərçivəsində tərtib olunan proqram əsasında qaz təchizatı şəbəkəsində müəyyən dəyişikliklər edir.

“Azəriqaz”dan BAKU.WS-ə verilən məlumata görə, bu gün Bakı-Sumqayıt yolunun sol tərəfində “Ekologiya” postu kimi tanıdığımız Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında yolun genişləndirilməsi ilə bağlı diametri 273 mm olan mövcud orta təzyiqli qaz xətti təhlükəsiz əraziyə köçürüləcək.

Bu işin icrası zamanı bu gün səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Xırdalan kəndi, “Mexkalon” yaşayış massivində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İşlər tamamlanan kimi qaz təchizatının tez bir zamanda bərpası təmin ediləcək.

Oxşar xəbərlər

DİQQƏT - Bu gün bu ərazilərdə qaz olmayacaq

DİQQƏT - Bu gün bu ərazilərdə qaz olmayacaq

Bu gün Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq. Bu barədə BAKU.WS-ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr...

10 Sosial 08:44 20 noyabr 2019

Son xəbərlər