Bu gün ölkə üzrə qısaldılmış iş günüdür

Bu gün ölkə üzrə qısaldılmış iş günüdür
Sosial 110

Bu gün ölkə üzrə qısaldılmış iş günü tətbiq olunur.

BAKU.WS-in məlumatına görə, bu qayda Əmək Məcəlləsinin 108-ci maddəsinə əsaslanır. Belə ki, sabahdan etibarən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları qeyd ediləcək.

Qanunvericiliyə uyğun olaraq, iş günü hesab edilməyən bayramlardan əvvəlki günlərdə iş vaxtı həftəlik iş rejimindən asılı olmayaraq bir saat azaldılır.

Eyni zamanda, Əmək Məcəlləsində qeyd olunur ki, iş günü hesab edilməyən bayram günlərində çalışan işçilərə əməkhaqqı ödənilməlidir. İşçinin istəyi ilə isə həmin günlərdə görülən işin əvəzinə ona əlavə istirahət günü də verilə bilər.

Bundan başqa, əməkhaqqının ödəniş günü istirahət gününə, səsvermə gününə, ümumxalq hüzn gününə və ya iş günü hesab edilməyən bayram gününə düşərsə, maaş həmin tarixdən əvvəlki iş günündə verilir.

Qeyd edək ki, sabahdan Azərbaycanda 5 günlük bayram tətili başlayır və yeni ilin ilk iş günü yanvarın 5-nə təsadüf edir.

Son xəbərlər