Bu gün Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq ASC"-dən bildirilib.
Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 2 saylı hava xəttində təmir işlərinin aparılması ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 13:30-dan saat 15:30-dək şəhərin Səttar Xan, Həzi Aslanov, Zərifə Əliyeva küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Sabah avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
Bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər saatlarında aprelin 1-də avtomobil magistral yollarında görünüş məsafəsinin 500-10...
