Bu gün Elmlər Akademiyası stansiyasının ikinci çıxışı açılır

Bu gün Elmlər Akademiyası stansiyasının ikinci çıxışı açılır
Sosial 1133

Bu gün "Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı açılacaq.

BAKU.WS-in məlumatına görə, açılışa prezident İlham Əliyevin gəlişi də gözlənilir. Xatırladaq ki, "Elmlər Akademiyası" stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə 2012-ci ilin avqustunda start verilib. Stansiyasının birinci çıxışı ilə ikinci çıxışı arasındakı məsafə 64 metrdir. İkinci çıxışın tikilməsində əsas məqsəd indiyə qədər bir çıxışdan ibarət olan Elmlər Akademiyası metrostansiyasında sərnişin sıxlığının qarşısını almaqdır. Stansiyanın yeni 4 giriş-çıxışı inşa olunub. Çıxışların 2-də müasir eskalator quraşdırılıb. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. Həmçinin 3 istiqamətə yönələn çıxışlar piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq. Qeyd edək ki, 2012-ci ilin avqustundan "Elmlər Akademiyası” stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə başlanılıb. Yeni ikinci çıxışın tikilməsində əsas məqsəd metrostansiyada olan sərnişin sıxlığının qarşısını almaqdır. Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər

Bakıda qızların üstünə maşın sürəni elə hala saldılar ki… (FOTO)

Bakıda qızların üstünə maşın sürəni elə hala saldılar ki… (FOTO)

Oktyabrın 13-ü işdən çıxıb "Elmlər Akademiyası" metrosunun yanındakı dayanacağa gedərkən, xoşagəlməz hadisənin şahidi olmuşdum. Hüseyn Cavid prospekti ilə Bəxti...

2360 Sosial 13:51 16 dekabr 2015

Son xəbərlər