Bakıda qızların üstünə maşın sürəni elə hala saldılar ki… (FOTO)
Oktyabrın 13-ü işdən çıxıb "Elmlər Akademiyası" metrosunun yanındakı dayanacağa gedərkən, xoşagəlməz hadisənin şahidi olmuşdum. Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsindəki 4 yol ərazisində «KİA» markalı avtomobili idarə edən gənc sürücü kobud şəkildə yol hərəkəti qaydası edirdi. İnsanların gur olduğu yerdə işıqforun onun üçün qırmızı işığına əhəmiyyət vermədən, öz hərəkət zolağından çıxaraq, qoşa xətti tapdalayıb əks yola çıxmaqla yanaşı, maşını piyada zolağında hərəkətdə olan tələbə qızların üstünə sürürdü. Bu "sürücü" həm piyadalar, həm də digər sürücülər üçün təhlükəli anlar yaşadırdı. O an öz bacımı, həyat yoldaşımı həmin qızların yerində təsəvvür etdim və gənc "sürücü"nün bu hərəkətlərindən çox əsəbiləşdim. Amma əsəbimi heç də onun yaxasından tutmaqla, dava-dalaş salmaqla çıxarmadım. Həmin avtomobilin dövlət nömrə nişanını, hadisənin baş verdiyi ərazini, dəqiq vaxtı özülüyümdə qeyd edib, səhərisi gün Daxili İşlər Nazirliyinə, Baş Dövlət Yol Polis İdarəsinə öz adımdan rəsmi qaydada müraciət etdim. Müraciətimdə baş vermiş hadisəni tam dəqiqliklə təsvir elədim və tələb etdim ki, həmin "sürücü" tapılaraq Qanun çərçivəsində cəzalandırılsın. Xüsusilə qeyd etdim ki, həmin "sürücünü" tanımıram, onunla heç bir şəxsi-qərəzliyim yoxdur və etdiyim əməl sırf vətəndaş mövqeyindən irəli gəlir. Oktyabrın 18-də Daxili İşlər Nazirliyindən rəsmi cavab gəldi ki, müraciətiniz baxılıb tədbir görülməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilib.
Oxşar xəbərlər
Piyada keçidində erotik şou: Çılpaq qızları görən sürücü svetofora girdi (VİDEO)
Rusiyada maraqlı hadisə baş verib. Sərxoş vəziyyətdə yola çıxan bir qrup gənc piyada keçidində "podyuma çıxaraq” erotik şou göstəriblər. BAKU.WS Avtosfer.az-a...