Bu gün Dünya İntiharla Mübarizə günüdür

Bu gün Dünya İntiharla Mübarizə günüdür
Sosial 26

10 sentyabr Dünya İntiharla Mübarizə Günüdür.

Bu faciəvi qərara daha çox diskriminasiyaya məruz qalan, ümidsizliyə qapılan və ya psixi pozğunluqdan əziyyət çəkən şəxslər üz tuturlar.

Ümumdünya Səhiyyə Təşkilatına görə, münaqişə bölgələrində yaşayan, fəlakətlərə, şiddətə, təcavüzə və itkiyə məruz qalan insanlar da riskli qruplar arasındadır.

"Rethink" təşkilatından Kerrinqton bir insanın ətrafında başqa insanlar olduğu zaman belə özlərini tənha hiss edə biləcəyini və bu insanların dəstək olmadığı zaman ayaq üstə dura bilməyəcəklərini qeyd edib.

Ruhi xəstəliyə tutulmaq intihar üçün əsas risk faktorlarından biridir. Ruhi xəstəliklərin erkən aşkarlanması və intihar riski olan şəxslərin müvafiq müalicəsi vacibdir.

Zehni xəstəliklər və intihara qarşı qərəzlər intihar düşüncəsi olan insanların uyğun ruhi sağlamlıq xidmətlərindən istifadə etmələrini əngəlləyir.

İntihar hallarının qarşısının alınması sağlam cəmiyyət üçün vacibdir. Bunun üçün müxtəlif maarifləndirmə işlərindən əlavə, fərd olaraq hər birimiz insanlara qarşı daha həssas və diqqətli olmalıyıq. İnsanların empatiya və xeyirxahlığı, mühakimə etmədən dinləmək bacarığı bir şəxsin həyatını və gələcəyini xilas edə bilər.

Son xəbərlər