Bu gün Cəlilabadda İŞIQ OLMAYACAQ
Bu gün Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35 kV-luq "Göytəpə" hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq, saat 10:00-dan 11:30-dək rayonun Göytəpə şəhəri, Ağdaş, Axtaxana, Bəciravan, Darılıq, Fətullaqışlaq, Həziabad, Kazımabad, Maşlıq, Muğan, Privolnoye, Soyuqbulaq, Şıxlar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Eyni zamanda, bu gün Qax Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq Şıxlar yarımstansiyasında 10 kV-luq "Qorağan" hava xəttinin açarı yenisi ilə əvəz olunacaq.
Bununla əlaqədar olaraq, saat 10:00-dan 13:00-dək rayonun Almalı, Cəlayir, Dəymədağlı, Əlibəyli, Qarabaldır, Qaradolaq, Qındırğa, Qorağan, Lələli, Lələpaşa, Şıxlar, Şotavar, Tasmalı, Üzümlü, Zəyəm kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
21 yaşında şəhadətə ucalan qəhrəman: "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam"
Oğuz rayonunun Xalxal kəndində dünyaya gələn Kənan Ağayev uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, Kənan Ağayev antite...