Bu gün bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sumqayıt şəhəri, Bakı küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi və Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 31.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin (Stansiya Sumqayıt, Baxçaşəhər, Akasiya MTK-lar, 39, 41, 41a, 44, 76-cı məhəllələr , 3, 4, 8, 9, 10, 11, 12, 17-ci mikrorayonlar və 18-ci mikrorayonun bir hissəsi), həmçinin Suraxanı rayonunun (Məşədi Əzizbəyov, Göl, Vahid Xəlilov və 14 iyul küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər
Bakıda genişmiqyaslı təmizlik işləri aparılıb, 550 küçə yuyulub
Aprelin 19-da səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt...