Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun doğum günüdür
Sosial 118

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun doğum günüdür.

BAKU.WS xəbər verir ki, Şükür Nəriman oğlu Həmidov 1 aprel 1975-ci il, Qubadlı rayonunun, Armudlu kəndində anadan olub.

Peşəkar zabit olan polkovnik Həmidov Azərbaycan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun Komandir müavini vəzifəsinə qədər yüksəlib.

Şükür Həmidov 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində Cəbrayıl rayonu istiqamətində yerləşən "Lələtəpə" strateji nöqtəsinin alınması zamanı xüsusilə fərqlənib, buna görə də Azərbaycan prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. O, son 17 il ərzində sağlığında bu ada layiq görülən birinci şəxs oldu.

Şükür Həmidov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün doğum günü olan şəhidlər - FOTO

Bu gün doğum günü olan şəhidlər - FOTO

Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman şəhidlərimizdən 14 nəfərin bu gün doğum günüdür. BAKU.WS Vətən mühari...

1588 Sosial 15:47 01 noyabr 2021

Son xəbərlər