İrandan Azərbaycana daha 12 nəfər təxliyə edilib
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə1249 xarici vətəndaş Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, onlar 40 ölkənin vətəndaşlarıdır.
***18:31
İrandan Azərbaycana martın 4-də saat 16:00-dan 18:00-dək daha 12 nəfər təxliyə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 3-ü Azərbaycan, 3-ü Pakistan, 1-i iranəsilli İngiltərə vətəndaşı, 1-i Qazaxıstan, eləcə də 2 İsveç və 2 Çexiya səfirliyinin nümayəndəsi Astara Dövlət Sərhəd buraxılış məntəqəsindən təxliyə olunub.
***15:37
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1222 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, fevralın 28-i saat 08:00-dən martın 4-ü saat 14:00-a qədər sərhədi 243 Azərbaycan vətəndaşı keçib.
***12:23
Bu gün səhər saatlarından Astara dövlət sərhəd-buraxılış məntəqəsi vasitəsilə 21 nəfər təxliyə olunub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, onlardan 5-i Azərbaycan vətəndaşları olan ailə üzvləridir.
Ümumilikdə isə indiki saata qədər 21 nəfər təxliyə olunub ki, onların arasında Tacikistan, Pakistan, Çin, Fransa vətəndaşları var.
Oxşar xəbərlər
Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda...
Masallı, Saatlı və Qusarda peşə təhsili infrastrukturunun genişləndirilməsi istiqamətində yeni layihə hazırlanır. BAKU.WS-in əldə etdiyi məlumata görə, layihən...