Bu gün Anar Məmmədxanovun doğum günüdür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün ictimai xadim, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.
BAKU.WS xəbər verir ki, o, 1970-ci ildə Bakı şəhərində anadan olub.
1987-ci ildə Bakı şəhərindəki 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ali məktəbi bitirib.
Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.
1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.
1992-ci ildə ŞHK Ali liqanın çempionu, 1993-cü il ŞHK Ali liqanın finalçısı, ŞHK Yay kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000) olub.
Anar Məmmədxanov Azərbaycan tarixində ən gənc deputat olub. Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı seçilib.
2011-ci il aprelin 23-də infarkt səbəbindən dünyasını dəyişən Anar Məmmədxanovun Məryəm, İslam və Mədinə adlı 3 övladı qalıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...