Bu ərazilərdə işıqlar sönəcək – "Azərişıq"dan əhaliyə XƏBƏRDARLIQ

Bu ərazilərdə işıqlar sönəcək – Azərişıqdan əhaliyə XƏBƏRDARLIQ
Sosial 42

İyulun 16-da Bakının bir sıra qəsəbə və küçələrində, eləcə də Lənkəranın bəzi kəndlərində planlaşdırılmış təmir və profilaktik işlərlə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumata əsasən, gecə saat 02:00-dan 04:00-dək Buzovna qəsəbəsinin bəzi küçələrində elektrik enerjisi kəsiləcək.

Saat 09:30-dan etibarən Binəqədi kəndi, Biləcəri qəsəbəsinin bir hissəsi və ətraf yaşayış massivlərində, 10:00-dan isə Yasamal, Keşlə və Zabrat qəsəbələrinin müəyyən küçələrində planlı təmir işləri səbəbindən enerji təchizatında məhdudiyyətlər tətbiq olunacaq.

Bundan başqa, Lənkəran rayonunun Kosalar, Hirkan, Siyavar, Vel, Daştalığcar, Parakənd, Mamusta, Bala Şükür və Gərmətük kəndlərində də saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilməsi dayandırılacaq.

"Azərişıq" bildirib ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər