Bu ərazilərdə işıq olmayacaq
Bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək şəhər ərazisində "Raypo", "Gilan Holdinq" Yaşayış Kompleksləri, Anar Mahmudov, Məhəmməd Əmin Rəsulzadə, Paşa Təhməzov, Vağzal, Şəhidlər Xiyabanı küçələri, saat 13:00-dan 16:30-dək Ləvəngi Dairəsi, Su 8 ərazisi, Şəhidlər Xiyabanı prospektinin bir hissəsi və Girdəni kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd edilib ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Bayramlara görə Cəbrayıl və Zəngilan yarmarkalar təşkil olunacaq
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 12 məntəqədə "Kənddən Şəhərə...