Bu ərazilərdə işıq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq.
BAKU.WS xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində bu gün 110/35/10 kV-luq yarımstansiyada 10 kV-luq ikinci bölmədə təmir işləri aparılacaq.
Qeyd edilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Abşeron RETSİ ərazisinə daxil olan Müşfiqabad və 28 May qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Əlavə olunub ki, yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...