Bu dövlət qurumu LƏĞV EDİLDİ
Naxçıvan Muxtar Respublikasında daha bir dövlət qurumu ləğv edilib.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, Muxtar Respublikanın Dövlət Energetika Xidməti ləğv olunub.
Qeyd edək ki, qurum 2017-ci ildə Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbov tərəfindən yaradılmışdı. Əsas vəzifəsi elektrik enerjisi istehsalı, ötürülməsi, elektrik enerjisi təchizatı və realizə edilməsi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək idi.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən Naxçıvanda elektrik enerjisi təchizatını "Azərişıq" həyata keçirəcək.
Oxşar xəbərlər
Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq. BAKU.WS "Report"a istinadən xəbər...